Türkiyə filmlərinin məşhur siması Cüneyt Arkın xəstəxanaya qaldırılıb.

Minval.info türk mətbuatına istinadən xəbər verir ki, “Qara Murad” personajı ilə sevilən aktyor reanimasiya şöbəsinə yerləşdirilib.

Onun nəfəs almasında çətinlik yaranıb.

Hazırda Cüneyt Arkın həkim nəzarətindədir.