Fildişili keçmiş futbolçu Emanuel Ebue həbs olunub. Onu 2015-də baş vermiş yanğın hadisələrində əli olduğu şübhəsi ilə həbs ediblər.
Minval.İnfo xəbər verir ki, Ebuenin yanğını törədənlər ilə telefon görüşmə etdiyi məlum olub.
Qeyd edək ki, bundan öncə Ebue evsiz-eşiksiz qaldığına görə keçmiş klublarından kömək istəmişdi. Bir müddət sonra isə o, intihara cəhd etmişdi.
Xatırladaq ki, Ebue 2005-2011-ci illər arası “Asenal” klubunun şərəfini qorumuş, 2011-2016-cı illər arasında isə “Qalatasaray” da çıxış etmişdi.
Tamerlan