Futbol üzrə Türkiyə Super Liqasının qalibi sona bir tur qalmış bəlli olub.

Minval.info-nun məlumatına görə, dünən baş tutan qarşılaşmada “Qalatasaray” qalib gələrək çempion olmağı bacarıb.

Görüşün ilk hissəsində geridə olan “sarı-qırmızılar” geridönüş edərək  “Başakşehir”i 2:1 hesabı ilə məğlubiyyətə uğradıb və mövsümü “qızıl dubl”la başa vurub.

“Qalatasaray” bundan öncə “Akhisarspor” matçında üstün olaraq Türkiyə kubokuna yiyələnib.