May ayının 19-u Türkiyə liqasında “Qalatasaray” “Göztəpə” ilə matçda çempionluq üçün yarışacaq.

Minval.info xəbər verir ki, “Qalatasaray” futbol klubunun azərbaycanlı azarkeşləri də öz sevimli klublarına dəstək olmaq üçün bir araya gəlməyə qərar veriblər.

Futbolsevərlər mayın 19-u, saat 20:00-da “Tuba” çay evində matçı izləyib, oyundan sonra nəticədən asılı olmayaraq Türkiyə səfirliyinin qarşısında, Atatürk parkında toplaşıb, öz komandalarına dəstəklərini nümayiş etdirəcəklər.

Bununla bağlıevent də yaradılıb.

Giriş : 2 azn-dir

Minval.info