“Qalatasaray” futbolçusu Fernando Recesi “Sevilya”ya satıb.

Fanat.Az xəbər verir ki, bu barədə İstanbul klubu rəsmi məlumat yayıb. 31 yaşlı braziliyalı futbolçu üçün “Sevilya” 4,5 milyon avro ödəyib.

Qeyd edək ki, müdafiəçi 2017-ci ildə “Mançester Siti”dən “Qalatasaray”a 6 milyon avroya transfer olunmuşdu. Ötən mövsüm 32 rəsmi oyuna çıxan Fernando 2 qol vurub və 4 məhsuldar ötürmə edib.