Türkiyə Superliqasının XXXIII turunun hakim təyinatları açıqlanıb.

“Minval” xəbər verir ki, çempionluq uğrunda mübarizə aparan “Qalatasaray” və “Başakşəhər” arasında matç Cüneyt Çakıra tapşırılıb.

O, mayın 19-da baş tutacaq qarşılaşmada baş hakim olacaq. Görüş “Türk Telekom Arena”da keçiriləcək.

Qeyd edək ki, hər iki komandanın 32 turdan sonra 66 xalı var.