Astrofiziklər qalaktikamızın mərkəzindəki qara dəliyin ətrafında qəribə obyektlər müşahidə ediblər.

“Ölkə.Az” xəbər verir ki, bu obyektlər qaz buluduna oxşasalar da, özlərini ulduz kimi aparırlar.

Alimlər  məsələ ilə bağlı deyiblər:

“Əgər “G1” və “G2” obyektləri və onların “əmisi uşaqları” sadə qaz buludu olsaydılar, çoxdan hissələrə ayrılardılar. Biz düşünürük ki, əslində onlar “şişən” ulduzlardır. Onların materiyası o qəldər seyrəkdir ki, qara dəlik yaxınlaşma zamanı bu obyektləri “uda bilər”.

2011-ci ilin yazında alman astronom Raynhard Qentsel qara dəliyə doğru  yüksək sürətlə hərəkət edən “G2” qaynar qaz buludu müşahidə edib. Alimlərin bir hissəsi ehtimal edir ki, buludun tərkibində ulduz olub. Digərləri isə bu versiyanı qəbul etmirdilər. Sonradan isə məlum olub ki, qaz buludunun içində ulduz yoxdur.

Bulud qara dəliyin ətrafında uçduğu bir neçə ay ərzində onun parlaqlığı dəyişməyib. Onun strukturu kifayət qədər sadədir və bu isə onun tərkibində ulduz olma ehtimalını sıfıra endirir.

2014-cü ilin noyabrında alimlər müəyyən etdilər ki, ulduz hansısa səbəbdən qara dəliklə “görüş” vaxtı məhv olmayıb.