ABŞ-da ər-arvad arasında itkin düşən pişiyə görə münaqişə baş verib.

“Ölkə.Az” xəbər verir ki, 47 yaşlı qadın pişiyi döyən ərini odlu silahdan atəş açaraq öldürüb.

Hadisə Texas ştatının Dallas şəhərində baş verib. Mübahisə əsnasında ərini öldürən qadın barədə polis məlumat verib. 47 yaşlı Meri Harrison 49 yaşlı ərini pişiyi döydüyü üçün öldürdüyünü etiraf edib.

Meri artıq həbs edilib.

Minval.İnfo