Müğənni Elton Hüseynovun qəzaya düşməsi ilə bağlı xəbər yayılıb.

Minval.info xəbər verir ki, ilkin məlumata görə, o, öz avtomobilində sükan arxasında olarkən idarəetməni itirib. Nəticədə “İnfinity” markalı şəxsi maşını ilə yol-patrul xidmətinin xidməti maşınına çırpılıb.

Elton Hüseynovun həyat yoldaşı Tamilla xanım  Minval.info-ya açıqlamasında qəzanın baş verməsi barədə xəbəri təsdiqləyib: “Hazırda yoldayam, onun yanına gedirəm. Ancaq hələ xəsarətin dərəcəsi barədə məlumatlı deyiləm. İnşallah ki, vəziyyəti yaxşıdır”.

Minval.info