Qərbi Azərbaycana Qayıdış Birliyi (QAQB) birliyinin Ali Məclisi yeni üzvləri ilə ilk toplantısını keçirib.

Minval.info xəbər verir ki, toplantıda,cari məsələlərlə yanaşı, birliyin yeni strukturunun təşkili məsələlərinə baxılıb.

QAQB nizamnaməsinə uyğun olaraq, toplantıda,QAQB Ali Məclisinin sədri və iki müavini seçilib. Göyçə mahalının Krasnoselo rayonundan Vəliyev Əli, QAQB Ali Məclisinin sədri, Dərə-Ələyəz mahalından Həşimov Aslan və Qafan rayonundan Zöhrə Xəlili Ali Məclis sədrinin müavinləri seçiliblər. Sonra QAQB sədri Rizvan Talıbovun təqdimatı ilə, Aslanov Namiq QAQB sədrinin 1-ci müavini, Musayev Sahib QAQB sədrinin Maliyyə və İqtisadiyyat məsələləri üzrə müavini, Zeynalova Nəzakət QAQB sədrinin gənclərlə iş üzrə müavini, Rüstəmov Sabir QAQB sədrinin Beynəlxalq əlaqələr və Beynəlxalq təmsilçilərlə iş üzrə müavini, Maarif Məhərrəmbəyli QAQB sədrinin Təşkilat məsələləri üzrə müavini vəzifələrinə təsdiq olunublar. Eyni zamanda Namiq Kərimovun Gəncə şəhəri üzrə Birliyin təmsilçisi təyin olunması haqqında, QAQB Ağsaqqallar Şurasının, QAQB Qadınlar Şurasının yaradılması haqqında qərarlar alınıb.

QAQB üzvləri mətbuata açıqlamasında bildiriblər ki, QAQB -nin davamlı və məqsədyönlü fəaliyyəti, həm ictimaiyyətdə, həm də biz qaçqın və məcburi köçkünlərdə əsirlikdə inləyən doğma Yurdlarımıza gec-tez Qayıdışımızı gerçəkləşdirə biləcəyimizə böyük ümidlər yaradır.