Mayda keçiriləcək yaz qəbul imtahanlarında istifadə olunan tapşırıqların düzgün cavabları internet vasitəsilə canlı yayımlanacaq.

Minval.İnfo xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən “AzEdu.az”a bildiriblər.

Məlumatda qeyd olunur ki, cavablar imtahan keçirilən gün DİM-in “YouTube” və “Facebook” hesabları vasitəsilə iştirakçılara təqdim olunacaq. Eyni zamanda abituriyentlərin sualları da cavablandırılacaq.

Xatırladaq ki, qəbul imtahanlarında istifadə olunan tapşırıqların düzgün cavabları ənənəvi olaraq “Space” televiziyasında yayımlanırdı.