Qəbələdə qəza olduQaraməryəm-İsmayıllı-Şəki yolunda avtomobil qəzası olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə avtomobil yolunun Qəbələdən keçən ərazisində baş verib. İki minik avtomaşının toqquşması nəticəsində 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb.Yaralılar Qəbələ rayon Diaqnostika Mərkəzinə yerləşdirilib.

Xəsarət alanlar:

1995-ci il təvəllüdlü  Bakı şəhər sakini  Qasımlı İlkin Heydər oğlu

1996-cı il təvəllüdlü Naxçıvan sakini Abbasov Murad Aydın oğlu

1985-ci il təvəllüdlü Qəbələ rayon Bunud kənd sakini Xəlilov Emin Qulfəddin oğlu

1995-ci il təvəllüdlü Bakı şəhər sakini Nəcəfzadə Ruslan Aydın oğlu

Bakı şəhər sakini Nəbiyev Elçin Yaşar oğlu

Faktla bağlı araşdırma aparılır.