Almaniyanın “Der Spiegel” qəzeti və onun “European Investigative Collaborations” (EIC) araşdırma jurnalistikasından olan partnyorları “Football Leaks” portalında dərc olunan qalmaqallı sənədləri incələyiblər. Məlum olub ki, “Gazprom Germania” Rusiyanın “Zenit” klubuna maliyyə feyr-pley qaydalarını pozmaqda kömək edib.

Hələ 2013-cü ildə UEFA-nn müşahidəçiləri klubun iki mövsüm ərzində “Qazprom”dan külii miqdarda pul aldığını aşkar ediblər. 2011-2012 mövsümündə şirkət “Zenit”ə 110 milyon, növbəti mövsümdə isə 135 milyon avro pul verib. Özü də klubun büdcə kəsiri həmin vaxt 90 milyon avro göstərilib.

“Football Leaks” sənədlərindən görünür ki, “Zenit” rəhbərliyi öncə “Qazprom”dan gələn pulları gizlətməyə çalışıb. Onlar 2012-ci ildə aldıqları 19 milyon avronu sponsor gəliri, qalan 26 milyon avronu isə müxtəlif tərəflərin ianəsi kim təqdim ediblər. Qalan bütün miqdar isə rusların adını çəkmədikləri 2-ci baş sponsordan gəlibmiş.

UEFAnın təzyiqi ilə “Zenit” həmin gizli sponsorunun da adını verməli olub. Bu “Gazprom”un müxtəlif törəmə müəssisələri, o cümlədən, “Gazprom Germania” olub. Almaniya filialı iki ildə kluba tam 29 milyon avro köçürüb.

Başqa situasiyalardan fərqli olaraq “Zenit”lə bağlı UEFA şübhəli şəkildə olduqca yumşaq davranıb. Avropanın ali futbol qurumu Sankt-Peterburq klubunun hesablarını müstəqil auditorlara yoxlatdırmayıb. Üstəlik, təhqiqat “Zenit” üçün sadəcə 6 milyon avroluq cərimə ilə bitib. Məsələn, “Dinamo” (Moskva) klubu isə ümumiyyətlə 5 illiyə  avrokuboklardan kənarlaşdırılmışdı.

Qəzet “Zenit”in baş sponsorunun, həmdə UEFA-nın ən iri sponsorlarından biri olduğuan diqqət çəkərək bu məqamın olduqca şübhəli olduğunu bildirib.