Rusiya prezidenti Vladimir Putinlə ABŞ vitse-prezidenti Mayk Pens arasında Sinqapurda Şərqi Asiya ölkələrinin Forumunda qısamüddətli görüş baş tutub.

Axar.az “İnterfaks”a istinadən xəbər verir ki, forumun başlanması zamanı Putin Pensə yaxınlaşaraq, onunla salamlaşıb və söhbət edib.

Forum iştirakçıları “Ağıllı şəhərlər” sərgisini gəzən zaman isə Putin Hindistan baş naziri Narendra Modi ilə görüşərək, onunla danışıb. Daha sonra onların müzakirəsinə Rusiya Xarici İşlər naziri Sergey Lavrov da qatılıb.