Putin istefadan qabaq Nazarbayevlə danışıb

Rusiya prezidenti Vladimir Putin Qazaxıstan lideri Nursultan Nazarbayevlə telefonla danışıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, prezidentlərin danışığı Nazarbayevin istefa qərarını açıqlamasından əvvəl olub. Bu barədə Putinin mətbuat katibi Dmitri Peskov bildirib. Danışıqların mövzusu məlum deyil.

Qeyd edək ki, Nazarbayevin istefasından sonra prezidentlik postuna senat spikeri Kasım-Jomart Tokayev gətirilib. Tokayevin andiçməsi sabah olacaq.