“El bizim, sirr bizim” proqramında əməkdar artist Cavanşir Məmmədov maraqlı açıqlama verib.

Minval.info milli.az-a istinadən xəbər verir ki, sənətçi cəmiyyətdə pulun rolundan danışıb:

“Maddiyyat olmasa xoşbəxt ola bilərsiniz? Mənəviyyatdan başqa, insanın özünün daxili mədəniyyəti olmalıdır. Həkim deyir ki, insan günə iki litr su içməlidir. İnsan günə 12 litr su içə bilər? İnsana lazım olan o maddiyyat yerində olanda başın da yaxşı işləyir, evdəki problem də yaxşı həll olunur”.