Bir az əvvəl Qara Qarayev prospekti ilə Əli Vəliyev küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, bu səbəbdən hazırda metronun “Q.Qarayev” stansiyası istiqamətində sıxlıq müşahidə edilir.