Prezident İlham Əliyev Yevlax rayonunun Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə (36 km)-Qoyunbinəsi-Hacımahmudlu-Nurallar-Qaramanlı-Nəmirli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Minval.info-nun məlumatına görə, yeddi min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə (36 km)-Qoyunbinəsi-Hacımahmudlu-Nurallar-Qaramanlı-Nəmirli avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,0 (üç) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.