Prezident İlham Əliyevin sərəncamı ilə Xələf Xələfov xarici işlər nazirinin müavini vəzifəsinə təyin olunub.

Minval.info-nun məlumatına görə, dövlət başçısının digər sərəncamı ilə X.Xələfova Prezidentin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi vəzifəsi həvalə olunub.

Qeyd edək ki, Xatırladaq ki, 2018-ci ilin dekabrında Xələf Xələfov xarici işlər nazirinin müavini vəzifəsindən azad edilmiş və Azərbaycanın Baş naziri Novruz Məmmədovun sərəncamı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparat rəhbəri təyin olunmuşdu.