Xəbər verdiyimiz kimi, Bakı Musiqi Akademiyasında Xalq artisti Arif Məlikovla vida mərasimi keçirilir.

“Minval.info”nun məlumatına görə, Prezident İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban Əliyeva da bəstəkarın vida mərasiminə qatılıb.

Prezident və birinci xanım mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verib və Arif Məlikovun vəfatından kədərləndiyini bildiriblər.