telefon xuliqanları ile ilgili görsel sonucuUkrayna Ali Radasının deputatı Borislav Rozenblat ölkənin hazırkı prezidenti Petro Poroşenkonu məhkəməyə verib.

Minval.info “Qafqazinfo”-ya istinadən xəbər verir ki, deputat, həmçinin, Milli Antikorrupsiya Bürosunun (NABU) direktoru Artyom Sıtniklə də bağlı məhkəməyə müraciət edib. O, Ali hakimiyyət orqanından Sıtnikin səlahiyyətlərinə xitam verilməsini xahiş edib.

B. Rozenblatın P. Poroşenkoya qarşı qaldırdığı məhkəmə iddiası isə, sonuncunun NABU-ya direktor təyin etmə səlahiyyətinin olmaması ilə bağlıdır.

Hazırda məhkəmədə inzibati məsələ ilə bağlı suala baxılır.