“Mançester Yunayted” futbolçusu Pol Poqbanın təzminat qiymətini müəyyənləşdirib.

Qol.az-ın “Daily Mirror”a istinadən yaydığı xəbərə görə, İngiltərə təmsilçisi fransalı yarımmüdafiəçini 170 milyon avroya satmağa hazırdır. Ancaq bu məbləğ veriləcəyi təqdirdə, klubun 26 yaşlı oyunçu ilə yolları ayıra biləcəyi vurğulanıb.

Qeyd edək ki, Poqba ilə “Real”, “Yuventus” və PSJ-nin maraqlandığı iddia olunur.