Ermənistan baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyan Yerevandan yeddi kilometr aralıda yerləşən Sovetaşen hərbi hissəsinə köçürülüb.

Bununla bağlı erməni KİV məlumat yayıb. Paşinyan özü dəfələrlə bəyan edib ki, onun oğlu Dağlıq Qarabağda (Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarında – red.) xidmət edir. Ancaq erməni cəmiyyətində A.Paşinyanın daha rahat mühitdə Şirak vilayətində xidmət etməsi ilə bağlı fikirlər səslənirdi.

Ermənistandakı sosial şəbəkə istifadəçiləri hesab edir ki, Yerevana yaxın hərbi hissəyə köçürməklə Paşinyan oğlu üçün daha rahat şərait qurmaq qərarına gəlib.

Öz növbəsində Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan bu məsələni “Facebook” hesabında şərh edərkən bildirib ki, Ermənistan SQ istənilən hərbi qulluqçu müxtəlif vaxtlarda və müxtəlif yerlərdə müxtəlif münaqişələrdə və hərbi təlimlərdə iştirak edə bilər.(baku.ws)