Ermənistanın Baş naziri Nikol Paşinyanın reytinqi durmadan azalır.

Sputnik Azərbaycan Ermənistanın “Jamanak” nəşrinə istinadən xəbər verir ki, Milli Təhlükəsizlik Xidməti (MTX) Nikol Paşinyanın reytinqini müəyyənləşdirmək məqsədilə sorğu keçirib.

“Sorğunun nəticələrinə əsasən, Paşinyanın reytinqi azalmaqda davam edir. Bu dəfə yeni antirekord vurulub. Belə ki, onu rəyi soruşulan ermənilərin yalnız 34 faiz dəstəkləyir” – deyə nəşr yazır.

Cəmi üç ay əvvəl keçirilən rəy sorğusunda isə Paşinyanın reytinqi indikindən 30 faiz çox – 64-65% civarında dəyişirdi. Nəşr qeyd edir ki, Paşinyanın reytinqi cəmiyyətin bütün təbəqələrində və yaş qrupları arasında azalır.