“İrəvan Dağlıq Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həllini mümkün hesab edir, amma bu, o demək deyil ki, Ermənistan müharibəyə hazır olmamalıdır.”

Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin növbəti 5 ildəki fəaliyyət proqramını parlamentə təqdim edərkən deputatlar qarşısında çıxışında deyib. Bildirib ki, Qarabağ probleminin həlli üçün sülh atmosferinin yaradılması vacibdir.

“Bu gün regionda sülh atmosferi mövcud deyil. “Xalqları sülhə hazırlayın” deyirlər, yəni xalqı yox. Odur ki, əgər bir ölkədə hökumət xalqı sülhə hazırlamırsa, onda digər ölkənin hakimiyyəti də öz xalqını sülhə hazırlaya bilməz. Biz mövcud vəziyyətə uyğun şəkildə davranacağıq” , – Paşinyan deyib.