Image result for paşinyan əliyev

Ermənistanın Baş naziri Nikol Paşinyan gələn həftə Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə kiçik görüş imkanı barədə danışıb.

“İ.Əliyev ilə rəsmi görüş təyin olunmayıb, lakin görüşərsək, bir neçə kəlmə kəsəcəyimizi istisna etmirəm”, – deyə N.Paşinyan bu gün Yerevanda bildirib.

İnterfax.az xatırladır ki, 13-14 may tarixlərində Brüsseldə Aİ “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrin sammiti keçiriləcək. Proqrama Ermənistan, Azərbaycan Belarus, Gürcüstan və Moldova daxildir.