Ən tragikomik ölümlər

Ən dəhşətli ölüm yəqin ki, boğulmaq və diri-diri yanmaqdır. Ən rahat ölüm isə gecə yatıb, səhər oyanmamaqdır.

Ancaq heç də hər kəsin ölüm artıq normal sayılan formada baş vermir, bəziləri çox qəribə formada həyatdan köçürlər.

Minval.info yaşanmış ən tragikomik ölüm faktlarını təqdim edir.

1995-ci ildə Amerikada içki aparatından kola almağa çalışan adam, aparatdan sürətlə atılan kola qutusunun başına çırpılması nəticəsində dünyasını dəyişib.

Santiaqoda polislər tərəfindən oğurluq üzərində tutulan qadın, onu buraxmasalar ölənə qədər nəfəsini tutacağını elan edib. Polislərin məhəl qoymadığını görən qadın nəfəs almadan dayanıb və göyərərək ölüb.

Khay Rahnajet adlı bir terrorist içərisində bomba qurğusu olan paketi poçt vasitəsilə lazımi ünvana göndərib. Bir müddət sonra üzərində yetəri qədər marka olmadığından paket geri qaytarılır. Qeyri-peşəkar terrorist qutunun içərisindəki bombanın partlaması nəticəsində parçalanaraq ölüb.

İvan McGuire paraşütdən atlayışını kameraya çəkmək istəyirdi. 3 km yüksəklikdən özünü boşluğa atan İvan kamerasını deyil, paraşütünü unudub. Nəticədə yerə çırpılaraq ölüb.

Məcazi məna daşıyan “gülməkdən ölmək” ifadəsini tez-tez işlədirik. Ancaq bu gerçəyə çevirən Aleks Mitçel BBC-də yayımlanan “Goodies” serialına gülərkən ürək tutmasından dünyasını dəyişib.

Zoorparkdakı heyvanların təmizliyinə məsuliyyət daşıyan işçi filin nəcisinin altında qalaraq can verib.

Türkiyənin Rizə şəhərində elektrik dirəyinə söykənərək ayaqqabısının içərisinə girmiş daşı sirkələyərək salmaq istəyən adama elektrik cərəyanı keçib sanıblar. Bel və digər alətlərlə başına vuraraq adamı öldürüblər.

Dəniz Kərimzadə

Minval.İnfo