Papa Allahı təkzib edən böyük partlayış teoreminin (Big bang theory) doğru olduğunu təsdiq etdi.

Minval.İnfo xarici KİV-ə istinadən bildirir ki, Vatikanda yerləşən Pontifikal Elmlər Akedemiyasına qonaq olan katolik dünyasının dini lideri Papa Fransis bir çox insanın hiddətlə qarşıladığı yaradılışa dair teoremin doğru olduğunu deyib. Ancaq bütün kainatın yaranmasına səbəb olan böyük partlayışın Tanrının istəyi ilə reallaşdığını vurğulayıb.

Qeyd edək ki, bir çox alimin dəstəklədiyi böyük partlayış teoreminə görə bütün kainat təsadüfən iki kiçik atomun toquşması nəticəsində yaranıb.

Bu teorem illərdir din xadimlərinin etirazına səbəb olur.

Tamerlan Mehdi
Minval.İnfo