“Maşın” şouda yeni qalmaqal baş verib.

Minval.info xəbər verir ki, gənc aktrisa Pərvin Abıyeva ilə müğənni Rahidə Baxışova arasında sözlü dava olub.

Rahidə Baxışovanın ötən gün Əli Mirəliyevə dəstək olması aktrisa Pərvin Abıyevanın acığına gəlib. O bildirib ki, onu hədəf seçən müğənniyə dəstək olarkən, Pərvinin adını çəkməsi doğru deyil.

Rahidə Baxışova isə onun işinə qarışmamasını tapşırıb. Tərəflər səslərini yüksəldib, digər iştirakçılar isə onları sakitləşdirib. Abıyeva vulqar söz işlətdiyi üçün efirə gedən görüntülərdə səsi kəsilib, Baxışova isə onun adını çəkməməsini deyib.

“Mənim uşaqlıqda fanatlıq etdiyim şəxsə baxın. Sən mənim hədəfim ola bilməzsən. Mənim rəqibim böyük adamlar ola bilər”-, deyərək Pərvin söhbətə son qoyub.

Qeyd edək ki, bu gün səsverməyə Roza Zərgərli çıxıb

Minval.info