Ötən gün ölkə mediasında yayılan Pərvin Abıyevanın ailə quracağı ilə bağlı xəbərlərə aktrisa aydınlıq gətirib.

Minval.İnfo xəbər verir ki, “Hər şey daxil” verilişinin canlı yayımına zəng edən cazibədar aktrisa “Planımda evlənmək var” sözlərini çoxlarını düzgün anlamadığını qeyd edib.

O, bu ifadəni işlədərkən “Artıq ərə gedirəm” demək istəmədiyini bildirib.

Pərvinin Tolikin “Kasıb oğlanla ailə həyatı qurarsan” sualına cavab olaraq deyib ki, “Kasıb oğlana ərə gedərəm, mənim pulum var”.

Minval.İnfo