Pərəstişkarı olduğu Hollivud ulduzu ilə evlənmək bir çoxunun arzusu olsa da çox az insan buna nail ola bilib.

Minval.İnfo bu məqalədə aşiq olub pərəstişkarları ilə evlənən Hollivud ulduzlarından bəhs edəcək.

Anne Hathavey – Adam Şulman

Zinət əşyası dizayneri Adam Şulman Hollivud aktrisası Anne Hathaway aktrisalığa başladığı ilk gündən pərəstişkarlıq edir. İlk dəfə tanış olanda iksinin də sevgilisi olan cütlük 2008-dən sonra münasibət qurmağa başladılar.

Mett Demon – Lusiana Barroso

Gecə klubunda barmen olaraq çalışan Lusiana elə burda da Mett ilə tanış olub. 2005-də isə cütlük ailə həyatı qurub.

Cessika Alba – Keş Uarren


Məşhur aktrisa Cessika Alba Keş Uarren ilə film çəkilişləri zamanı tanış olub. Keş filmin layihə menecerinin köməkçisi olub.

Nikolas Keyc – Alis Kim


Oskar mükafatlı aktyor Nikolas Keyc bir restoranda olarkən Alis Kim ona yaxınlaşaraq şəkil çəkdirmək istəyir və bu şəkildən 8 ay sonra cütlük evlənir.

Culia Roberts – Daniel Moder


Baş rollarında Culia Roberts və Bred Pitin oynadığı “The Mexican” filmində operator olan Daniel Moder Culiyaya yaxınlaşaraq ona qarşı heyranlığını bildirir. Ancaq o zaman Daniel evli Culianın isə sevgilisi var idi. İki tərəfin də  ayrılmasından sonra cütlük 2002-də evlənir

Adam Sandler – Cekie Samanta Titone


Məşhur aktytor Adam Sandlerin baş rolda oynadığı “Big Daddy” filmində kiçik bir rolda, afsiant rolunda çəkilən Cekie onunla burada tanış olur. Cütlük 2003-cü ildə evlənib.