İtaliyalı modelyer Donatella Versaçe Madjor gölününün (Şimali İtaliya) üstündə yerləşən villa alıb.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə “Mansion Global” nəşri yazıb.

Alqı-satqının məbləği 4,8 milyon avro təşkil edib. Söhbət 15 min kv.m-lik, torpaq sahəsində hovuzu, bağları və futbol meydançası olan villadan gedir. Evdə 20 yataq və 12 vanna otağı var.

Versaçenin yeni daşınmaz əmlakı tarixi kamini ilə də məşhurdu. Belə ki, o, XX əsrin tanınmış yazıçıları Ernest Hemenquey və Tomas Mannın imzaları ilə bəzədilib.

Nəşr yazır ki, malikanə Donatellanın 1997-ci ildə güllələnən qardaşı Canni Versaçenin “Gianni’s Grand Como” villasının yaxınlığında yerləşir. Mərhumun villası 2008-ci ildə rusiyalı iş adamı Arkadi Novikov tərəfindən alınıb.