Son zamanlar ölkəmizə gələn turistlərin sayının artması xidmət sektorunda müəyyən dəyişikliklərə səbəb olur.

Müsbət dəyişikliklər özünü göstərsə də, bəzi restoran və kafelər yerli sakinləri nəzərə almadan addımlar atırlar. Ərəb turistlərin çoxluq təşkil etməsinə görə, Bakı şəhərində yerləşən bir çox restoranda ərəb mahnılarının səsləndirilməsinə artıq öyrəşmişik.

Ancaq bəzi restoranlarda Azərbaycan dilində menyu olmaması, yerli əhalinin yox sayıldığını, Azərbaycan dilinə dırnaq arası baxıldığını sübut edir. Bir çox restoran və kafelər bütün azərbaycanlıların rus, ingilis və ya türk dilini bildiyini güman edərək, Azərbaycan dilində menyuya ehtiyac duymurlar.

Minval.info xəbər verir ki, məsələn, Əhmədli rayonunda yerləşən supermarketlərdən birinin daxilində fəaliyyət göstərən “Büyükfırat” restoranı öz menyusunu türk dilində tərtib edib. “Büyükfırat” özü türk yeməklərinin təqdim edildiyi restoran olsa da, Azərbaycanda yerləşdiyini nəzərə alıb, menyunu bizim dilə uyğunlaşdıra bilərdi.

Büyükfırat əhmədli ile ilgili görsel sonucu

Azərbaycanın uzun illər Sovet İttifaqından tabeliyində yaşaması, rus dilinin dövlət dili olması əhalinin böyük əksəriyyətinin rusdilli olmasına və ya ən azından bu dilə bələd olmasına təkan verib.

Ancaq Azərbaycan müstəqillik qazanandan sonra rəsmi dövlət dili kimi Azərbaycan dili təsdiq edilib. Bu gün bir çox restoran əhalinin rus dili bildiyini və ya müştəri kütləsinin, əsasən, rusdillilər olduğunu bəhanə gətirərək ancaq rus dilində menyu təklif edir. Rus dilini bilməyən şəhər sakinlərinin “Elefant Baku” adlanan restorana yolu düşsə, yəqin ki, kor peşman masadan qalxmalı olacaqlar. Çünki tamamilə rus dilində olan menyu bu məkanı ancaq rusdillilər üçün əlçatan edir.

Görüntünün olası içeriği: gece ve açık hava

Yenə Azərbaycan dilini istifadə edənləri öz məkanına yaraşdırmayan restoranlardan biri də “Chill Point”dir. Əgər siz rus və ingilis dilini bilmirsinizsə, buranın müştərisi ola bilməyəcəksiniz. Görünür, bu məkan da ancaq rus və ingilisdilliləri elit təbəqə sayaraq, onlara xidmət göstərmək istəyir.

Chill Point baku ile ilgili görsel sonucu

Bəzi özəl və dövlət qurumlarında çalışanlar, əsasən də yerli əhali ilə ünsiyyətə girən şəxslər Azərbaycan dilində robot kimi danışırlar. Çünki onlar azərbaycanlı olsalar da, bu dili bilmirlər, azərbaycanlı kimi yox, rus kimi düşünürlər.

Sanki ölkənin əsas dili rus dilidir, Azərbaycan dili ikinci dildir və bilməsən də olar.

Dəniz

Minval.İnfo