Həyat qəribə ironiyalar ilə doludur. İllərlə əziyyət çəkib bu əziyyətlərindən bəhrələnəcəklərini düşünən neçə insan istəyinə çata bilməyib. Elə Alimlər və ixtiraçılar olub ki, ölümləri bilavasitə öz ixtiraları tərəfindən olub.

Minval.İnfo bu cür ölümlə üzləşən ixtiraçıları təqdim edir.

Fransis Edqar Stenli

“Stanley” brendini yaradan bu şəxs Amerikada və dünyada ilk maşın istehsalçılarından biri olub. Onun yaratdığı firma minlərlə maşın satıb. Onun ölümü isə elə bu maşında olub. “Stanley” maşınında döngədə düzgün dönə bilməyən Edqar Stenli qəza nəticəsində ölüb.

Uilliam Bullok

19-cu əsrdə yaşamış Uilliam Bullok o dövrün ən müasir çap maşınını ixtira edib. Nəhəng çap maşını onun ayağının üstünə düşüb. Uilliamın ayağında qanqren yaranır və Uilliam vəfat edir.

Tomas Andru

Titanik gəmisinin dizayneri olan Tomas gəmi batan günü orada olub. Gəmi batanda sərnişinlərə kömək edən Tomas sonra gəminin ən lüks otaqlarından birinə girib və gəmi bata-bata o da rəsm çəkib.

Henri Smolinski

İlk uçan maşını ixtira etməyə çalışmış bu şəxs heç vaxt istəyinə çata bilməyib. Sınaq uçuşlarında o, vəfat edib.

Otto Liliental

Otto ilk dəfə süni qanadlar vasitəsilə tam uçuş etməyi bacarmış ixtiraçıdır. O, düzəltdiyi süni qanadlarla 2000-dən çox uçuş edə bilib. 1896-cı ildə isə son uçuşunda uğursuzluğa uğrayır və vəfat edir. Onun son sözü isə “Qurbanlar mütləq olmalıdır” olub.

Mari Kurie

2 nobel mükafatlı bu qadın radioaktivliyi kəşf edib. Onun sınaqları çoxlu radioaktiv maddə təşkil etdiyindən 1934-cü ildə Lukemiadan vəfat edir.

Franz Reişert

Franz paltarlı paraşütü ixtira edib. O, bu ixtirasını sınaqdan keçirmək üçün Eyfel qülləsinə çıxır və oradan öz sonuna atlayış edir.

Tamerlan

Minval.İnfo