İdmançıların çəkilərini və çevikliklərini qorumaq üçün xüsusi qidalanma rejiminə diqqət etməlidirlər.

Dünyanın dörd bir yanında uğur qazanan müsəlman idmançılar isə Ramazan ayında həm oruc tutub, həm də məşqlərə davam edirlər. Onların hər biri yemək saatlarının, qidalanma rejiminin dəyişdiyi bu dönəmi müxtəlif formada keçirir.

Minval.info oruc tutan idmançıların bu işin öhdəsindən necə gəldikləri barədə məlumat verir.

Amaiya Zəfər 2017-ci ildə ABŞ tarixində ilk dəfə hicablı döyüşməyə icazə verilən qadın idmançıdır. Hazırda 17 yaşı olan Amaiya bütün günü yemədən, su içmədən məşqlər etdiyini deyir. O, Ramazan ayı boyunca yarışlarda da iştirak edəcək. Gənc idmançı bu sınağa hazır olduğunu bildirir: “Dözümüm, iradəm və idmana olan bağlılığım bu sınaqdan çıxmaqda mənə kömək edəcək”.

Tarek Elriç Avstraliyanın “Adalayd Yunayted” futbol komandasında livanlı oyunçudur. Tarek imsakda ancaq su içib, xurma yediyini söyləyir: “Komandan da seçimlərimə və dini inancıma hörmətlə yanaşır. Ramazan ayı boyunca həftənin 5 günü məşqim var”.

Manal Rostom 7 böyük zirvəni fəth edən ilk misirli alpinist qadın kimi tarixə düşüb. Rostom üçün ən çətini zirvəyə qalxdıqca günəşin altında su içmədən qalmaqdır: “Bir də səhərlər qəhvə içməmək mənim üçün çox çətin olur. Məşqlərimi iftara az qalmış edirəm”.

Qadınlardan ibarət futbol üzrə Pakistan millisinin kapitanı olan Hajra Khan ölkəsindən xaricdə peşəkar fəaliyyət göstərmiş ilk pakistanlı qadın idmançıdır. O, idmanla məşğul olarkən oruc tutmağın öhdəsindən imsakda çoxlu su içməklə gəlir. “Mənə görə vacib olan yetərincə su içməkdir. Yarış günləri bir az çətin olur, çünki fiziki yorğunluq əqli olaraq da idmançını çətin vəziyyətə qoyur. Oruc tutduğumu görən digər idmançılar çox təəccüblənirlər, ancaq bu məni həm də gücləndirir”.

Kalsum Abdulla ağırlıq qaldırma üzrə hicabla yarışlara qatılan ilk qadın idmançıdır. Həmçinin, Halsumun oruc tutduğu vaxt ağırlıq qaldırma üzrə rekord qırmışdı. O, Ramazan ayında yaşadığı çətinlikləri belə dilə gətirir: “Ramazanda iki böyük çətinliyi olur: 1) su içməmək, 2) Ramazandan xəbərsiz insanlara niyə su içmədiyimi izah etmək”.

15 yaşlı rəqqas Stefan Kurlou həftədə 25 saat məşq edir. O, Ramazanda öz proqramını dəyişdirir: “Hər səhər Chia toxumları yeyirəm, çünki günlük enerjimi buradan alıram”.

Hüseyn Haşi uzun məsafədə yüngül atletika ilə məşğul olur və illərdir oruc tutaraq məşqlərini davam etdirir: “Ramazan ayında müəyyən qədər daha az məsafəni qaçıram. İftardan əvvəl qaçıram ki, sonra maye və protein qəbulum asan olsun. Yarış tarixlərim bəlli olduğu üçün sağlam bir formada hazırlaşa bilirəm