Talehsizlik, yoxsa lənət?

Bu gün bir çoxumuz üçün lənət kəlməsi inanılması güc olan anlayışdır. Amma yenə də bu anlayış insanlarda maraq oyadır.

İstər keçmişdə, istərsə də modern dünyada bəzi izahı mümkün olmayan hadisələr baş verir ki, bu da insanlarda qeyri- adi varlıqların olmasına dair şübhə yaradır. Aşağıda sizə təqdim edəcəyimiz bədbəxt hadisələr sahiblərinə bədbəxtlik gətirdiyinə inanılan əşyalarla bağlıdır.

–        Basano vazası

Bassano vazosu ile ilgili görsel sonucu

Tutalım ki, bağçanızda ora-buranı qazarkən, 15-ci yüz illiyə aid vaza tapdınız və vazanın üzərində belə bir qeyd var “diqqətli ol, bu vaza ölüm gətirir”. Siz də yəqin ki onu daha da dərinlərə basdırarsınız.  Amma 1988-ci ildə bunu tapan şəxs belə etmir və onu satmaq qərarına gəlir. Vazanı alan adam 3 ay sonra naməlum səbəblərə görə dünyasını dəyişir. Vazanın digər alıcısı da bilinməyən səbəbdən bir müddət sonra vəfat edir. Vazanı alan başqa bir adam da 37 yaşının olmasına baxmayaraq, qəfildən dünyasını dəyişir. İtaliyan qəzetlərindən əldə olunan məlumata əsasən polislər sonda vazanı dərinlərdə basdırıb lənətdən canlarını qurtarırlar.

–        Ceyms Dinin maşını

Ceyms Dinin maşını ile ilgili görsel sonucu

Aktyor Ceyms 1955 model “Porsche Spyder”-ni çox sevirdi, amma sevimli maşınının onu sonu olacağı yəqin ki ağlına da gəlməzdi. Maşında qəribə şeytani güclərin olduğu düşünülür. Belə ki, Ceyms bir gün dostu ilə görüşmək üçün sevimli maşını ilə yola çıxarkən, dəhşətlin qəza edir və hadisə yerindəcə ölür. Amma maşının lənəti bununla bitmir. Əzik-üzük olmuş maşını təmir edən ustalardan biri yıxılaraq ayağının birini sındırır. Maşın düzəldikdən sonra satırlar. Maşının yeni sahibi onu motorunu və ötürücü sistemini iki yarışçıya satır. Yarışçılardan biri idarəetməni itirərək maşınını ağaca vuraraq ölür, digər yarışçı isə maşını dərəyə yuvarlanaraq ağır zədələr alır. Bu maşının sonrakı taleyi barədə  heç bir məlumat yoxdur.

        Ümid almazı

umut elması ile ilgili görsel sonucu

Bu almaz dünyanın ən böyük və ən bahalı almazıdır. Ümid almazı Hindistanda tanrı Şivanın məbədində yerləşirdi. 112 karatlıq bu mavi almaz tanrı Şivanın 3-cü gözü hesab olunurdu və 1600-cü ildə Jan Baptist adlı zərgər tərəfindən oğurlanır. Zərgər bu almazı Fransa kralı 14-cü Luizə satır. Zərgərin özü Rusiya səfərində itlərin hücumuna məruz qalaraq ölür. 14-cü Luis bu almaza forma vermək üçün öz zərgərindən kömək istəyir.

Lakin zərgərin oğlu bilinməyən səbəblərdən intihar edir. Oğlunun ölümünə dözə bilməyən zərgər isə iflic olur. Bu almazla bəzədilmiş tacı başına keçirən 14-cü Luis ölkəsini batağa sürükləyir. Ondan sonra hakimiyyətə 15-ci Luis gəlir, lakin bir müddət sonra su çiçəyindən ölür.  Daha sonra hakimiyyətə 16-cı Luis gəlir amma qısa bir müddət sonra Fransada inqilab olur və 16-cı Luis arvadı ilə  birgə başları kəsilərək öldürülür. Bu almaz 1907-ci ildə Sultan Əbdülhəmidin əlinə keçir, lakin bir müddət sonra o, taxtından endirilir. Ən sonunda bu almaz kilsəyə aparılaraq ayin keçirilir və pis ruhlardan bir müddətlik təmizlənir. İndilərdə Smisonion İnstitunun muzeyində sərgilənir.

Məleykə

Minval.info