Müğənni Kənan Doğulu ilə aktrisa Beren Saatın evliyinin bitməsi  barədə yeni iddia ortaya atılıb.

Musavat.com xəbər verir ki, maqazin verilişlərinin birində iddia olunub ki, ifaçı xanımına aktrisa Aslı İşlərlə xəyanət edib. Bu barədə Berenə sosial şəbəkədə məlumat ötürülüb. Bundan sonra aktrisa evi tərk edib.

Qeyd edək ki, bir neçə gün öncə isə Kənan Doğulunun Beren Saata cinsi yolla xəstəlik yoluxdurduğu iddia edilmişdi. Öncə xəstəliyin QİÇS olduğu bildirilsə də, sonra daha yüngül xəstəlik olduğu barədə fikirlər səsləndirilmişdi.