Hindistanda qısqanclıq zəminində dəhşətli cinayət hadisəsi baş verib.

Minval.info xəbər verir ki, hadisə Rajput şəhərində qeydə alınıb.

Kişi öz həyat yoldaşını ağzına, burun və gözlərinə yapışqan dolduraraq qətlə yetirib. Dəhşətli əməlini həyata keçirdikdən sonra qadının ölməsindən əmin olmaq istəyən kişi onu suda boğub.

Qətlin ən dəhşətli tərəfi isə budur ki, o, cinayəti 15 yaşlı qızının gözləri qarşısında törədib.

Cəsədin yeri polisə qızı tərəfindən göstərilib. Ata həbs edilib.