Adana polisi İstanbula gedəcəyi xəbər edilən iranlı qaçqınları yaxalayıb.

Ölkəyə qanunsuz yolla daxil olan 51 miqrant yola çıxmamışdan az əvvəl ələ keçib.

Minval.İnfo xəbər verir ki, tutulanlar arasında 2 iranlı gəncin fəryadı çoxlarını kədərləndirib. Polis qanunsuz miqrantların ölkələrinə deportasiya olunacaqlarını bildirdikdən sonra biri qadın digəri kişi qəti şəkildə getmək istəmədiklərini bildirib. Gənc qadın başı açıq olduğu üçün qolunun kəsiləcəyini, oğlan isə döymələrinə görə edam ediləcəyini polislərə deyib.

“Bizi göndərməyin” deyə ağlayaraq polislərə yalvaran gənclər buna baxmayaraq yenə də deportasiya edilib.

Tamerlan