Məşhur futbolçu Devid Bekhemin evinə oğru girib.

“Ölkə.Az” xəbər verir ki, İngiltərənin “Mail on Sunday” qəzetinin məlumatına əsasən, Bekhem ailəsinə məxsus mülkə oğrular basqın edib. Hadisə ötən həftənin cümə günü baş verib və cütlük təhlükəsizlik tədbirlərini artırıb.

Bekhem ailəsi Oksford səmtində 10 milyon dollarlıq mülkdə yaşayır. Uşaqları ilə birlikdə yaşadığı evə girən oğruların görüntüləri təhlükəsizlik kameraları tərəfindən üzə çıxıb.

Təhlükəsizlik xidməti kamera görüntülərini incələyində üzlərinə maska taxan və özləri ilə nərdivan gətirən insanları gördükdən sonra vəziyyətə müdaxilə ediblər. Çölə çıxaraq oğruları qovan güvənlik işçiləri divarın yanında nərdivan tapıb. Hadisə ilə bağlı istintaq başlayıb və cinayət işi açılıb. Hazırda polis 3 nəfərlik oğru qruöunu axtarır.

Hadisə baş verəndə Bekhem ailəsi Avstraliyada olub və Viktoriya bu məsələdən çox narahatdır.