Image result

Avstraliyanın Sidney şəhərində oğlunu xilas etmək üçün kişi özünü eyvandan atıb.

Oxu.Az xəbər verir ki, keçmiş hərbçi və dalğıc Bred Lyuis 8 yaşlı oğlu Oskarla dostunun evində qonaq olub. Uşaq oyun əsnasında balkonun məhəccərinə yaxınlaşıb və aşağı boylanıb, lakin müvazinətini itirib.

Oğlunun yıxılacağını görən Lyuis özünü yetirərək Oskarı tutmağa macal tapıb, amma hər ikisi 4 mter hündürlükdən betonun üstünə yıxılıblar. Bu zaman övladını qucaqlayan ata onun daha yüngül zədələnməsinə səbəb olub.

Uşağın beyni zədələnib, kəllə sümükləri sınıb. O, artıq xəstəxanadan evə buraxılıb.

Lyuis isə açıq kəllə-beyin travması alıb, onun beyni də zədələnib. Müalicəsi 6 aydan bir ilə qədər davam edəcək.

Minval.İnfo