“Sevilən sənətkarımız Zöhrə Abdullayevanın oğlunun 40 mərasiminə getmişdik. Mən onu tanımadım. Onunla tez-tez görüşən mən… Dərd adamı necə dəyişər? Bir aya 10 kq itirib. Zöhrə xanım, Allah sizə kömək olsun, səbir versin. Ürəyim parça-parça oldu”.

Minval.info xəbər verir ki, bu sözləri tanınmış aparıcı İradə İsaq sosial şəbəkədə yazıb. Aparıcı oğlunu itirən Əməkdar artistin şəklini paylaşaraq sözlərinə belə davam edib:

“Tək övladını itirib. Necə sızlamasın? “Mənim üçün həyat bitdi”,- deyir. Ovutmaq mümkün deyil. Nə deyim bilmədim: “Allah rəhmət eləsin, səbir versin”dən savayı…”

Xatırladaq ki, Əməkdar artist Zöhrə Abullayevanın oğlu beyin xərçəngindən dünyasını dəyişib.

Minval.info