Bakının Nizami rayonunun sakini Gülbəniz Qəhrəmanova 18 yaşlı oğlunun itkin düşdüyü barədə polisə məlumat verib.

Bakupost.az-ın məlumatına görə, mayın 8-də polisə müraciət edən ana bildirib ki, onunla birgə yaşayan oğlu Nicat Qəhrəmanov həmin gün evdən çıxıb geri qayıtmayıb.

Polisin araşdırması zamanı N.Qəhrəmanov özü bölməyə gəlib. O, evə getmədiyi gün içkili vəziyyətdə olduğunu və “Hilton” oteldə qaldığını bildirib. 18 yaşlı gənc deyib ki, evə öz iradəsi ilə getməyib və heç bir şikayət və tələbi yoxdur. Onun üzərində heç bir xəsarət izi aşkarlanmayıb və fiziki, psixi təzyiqə məruz qalmadığı dəqiqləşdirilib.