İngiltərədə görənləri şok edən bir hadisə yaşanıb. Gecə klubundan çıxan iki gənc arasında münaqişə olub.

Minval.İnfo xəbər verir ki, gənc oğlan mübahisə etdiyi qıza əl qaldırıb. Qız oğlan tərəfindən yumruqlandıqdan sonra huşunu itirərək yerə yıxılır.

Oğlan hadisə yerindən dərhal uzaqlaşıb.

Hazırda bütün ölkə və polislər həmin xuliqanı axtarır. Sosial şəbəkələrdə həmin gəncin görüntüləri paylaşılıb və oğlanı tanıyanların polisə müraciət etmələri xahiş olunur.

Tamerlan