“O, son görüşümüzdə ağlayıb kəlmeyi şəhadətini dedi”.

Bunu “Report”un Qarabağ bürosuna açıqlamasında xanəndə Miryusif Mirizadənin yaxın dostu Sakit Həsənov bildirib.

Onun sözlərinə görə, hadisədən bir gün əvvəl, yəni iyulun 31-də Miryusif və Novruzla Ağcabədi rayonundakı çay evlərinin birində görüşüb: “Miryusif Mirizadə daha sonra avtomobillə məni evə düşürəndə hönkür-hönkür ağlayaraq kəlmeyi şəhadətini dedi. Ondan səbəbini soruşanda heç bir cavab vermədi, “lənət şeytana!” dəyib sağollaşdı. O, mənimlə getmək istəsə də, Novruz buna icazə vermədi və anasının süfrə açaraq gözlədiyini bildirdi”.

S.Həsənov deyib ki, son günlər Novruz Hüseynov da özünü birtəhər aparırdı: “Sanki psixoloji problemləri var idi. Arada deyirdi ki, siz mənim nə səhvim olur bağışlayırsınız, amma mən sizin gününüzü qara edəcəyəm. Elə bir iş görəcəyəm ki, ömür boyu unutmayacaqsınız. Ertəsi gün isə hər ikisinin avtomobil qəzasına düşərək öldüyünü eşitdim”.

Qeyd edək ki, Novruz Hüseynov dostu Miryusif Mirizadəni bıçaqlayaraq qətlə yetirib, daha sonra isə intihar edib.