Roza Zərgərli sosial şəbəkədə mənfi rəy yazan şəxsləri hədələyib.

Minval.info xəbər verir ki, sonuncu “Maşın şou”-nun qalibi, qalmaqallı müğənni Roza Zərgərli çəkdiyi videoda Əli Mirəliyevi təhqir edən sosial şəbəkə istifadəçilərini hədəfə alıb. Roza Zərgərli söyləyib ki, bəzi şəxslər profil şəkillərinin arxasına gizlənib, pələngə çevrilir və “ağızlarına gələni” yazırlar:

“Əli Mirəliyev mən içəri girəndə qarşımda diz çökdü, çünki mən “Maşın realiti şou”un ilk günündə Əli Mirəliyevə bu maşını yaxşı məqsədlə həvalə edəcəyimi söz verdim.

Bu hərəkətimə görə, Əli Mirəliyev diz çökdü, böyük jest göstərdi mənə, mən də öz kiçikliyimi göstərib diz çökdüm. Ondan bəri öz evində böyüyünə hörmət qoymayanlar sosial şəbəkədə it-pişik olub, qoyduğu pələng şəklinin arxasından Əli Mirəliyevə söz deməz.

Mən harada, kimin profilində görsəm ki, ağzına gələni yazır, o insanın nəsil-nəcabətini bir araya yığacam, onu rüsvayi-cahan edəcəm.

Ona görə də, ağıllı olun. Nalayiq söz yazanların ailəsində Əli Mirəliyev kimi sözü bütöv, kişi adam yoxdur. Deməyin ki, “Roza xalqı söydü”. Xeyr, sadəcə Roza xalqın bəzi düşük nümayəndələrinə ağıl qoydu. Ağıllı olun”.

Minval.info