Canlandırdığı obraza görə döyülən, öldürülən, təhqir edilən məşhur aktyorlar

Bəzi aktyorlar pis adam obrazını o qədər yaxşı ifa edirlər ki, məhz rola görə xalqın nifrətini qazanırlar.

Minval.İnfo xəbər verir ki, obrazın həqiqətən mənfi olduğunu tamaşaçıya çatdırmaq peşəkar aktyor işi tələb etsə də, bəzən bu aktyorun özü üçün gündəlik həyatında çətinliklər yaradır. Canlandırdığı mənfi və ya cəmiyyət tərəfindən qəbul edilməyən obraza görə təhdidlərlə üzləşən, hətta döyülən sənətçilər az deyil.

Ölkəmizdə də geniş izləyici kütləsi tərəfindən sevilən “Yaprak Dökümü” serialının pis adamı Tolqa Karel obraza görə döyülən məşhurlardandır. Aktyora atılan atmacalar nəticəsində başlayan dava polis bölməsində sona çatıb. Serialın “Oğuzu” “rola görə insan döyülərmi?”- deyə, dəfələrlə etiraz edib.

tolga karel ile ilgili görsel sonucu

Toğrul Tülek “Mükemmel cift” serialında homoseksual rolunu oynadığı üçün küçədə rahat gəzə bilmədiyini qeyd edib. Hətta xalqın etirazından sonra TRT onu aparıcısı olduğu uşaq verlişindən uzaqlaşdırıb.

tuğrul tülek ile ilgili görsel sonucu

Azərbaycan kinosunun ən mahir mənfi obraz ifaçılarından Məlik Dadaşovun da başı rollarına görə çox ağrıyıb. “Fəryad” filmindəki erməni obrazına görə “Malakan” bağının yanında bir qadın Məlik Dadaşovu görüb, qışqırmağa başlayıb. “Ay camaat, bu adam ermənidir”, – deyib insanları başına toplayıb.

Məlik Dadaşov ile ilgili görsel sonucu

Bu zaman bir əsgər aktyora yaxınlaşır və ondan sənədlərini tələb edib. Qadın isə dediyinin üstündə təkid edirdi: “Mən onu televizorda görmüşəm, o, hərbçi ermənidir”. Axırda aktyor əsgərə deyib: “Bala, mən azərbaycanlıyam, erməni yox. Sən cavansan, məni tanıya bilməmisən. Mən tanınmış aktyoram. Sadəcə filmdə erməni obrazını yaratdığım üçün qadın məni qarışıq salıb”.

Məlik Dadaşov ile ilgili görsel sonucu

Filmin premyerasında sırada ondan arxada oturan tamaşaçılar qulağı eşidə-eşidə Məlik Dadaşovu söyürmüşlər. Aktyoru başqa bir filmə görə də ölümlə hədələyiblər. Ancaq bu təhdid tamaşaçılar tərəfindən deyil, rolunu oynadığı prototip tərəfindən edilib. Siyasi məsələlərə görə Pakistanda zəhərlənən Anatoli Kavaleznik haqqında “Müsahibə götürən adam” filmdə Məlik Dadaşov bu ölkənin əks-kəşfiyyat komissarı Niyaz xan obrazını yaradırmış. Film çəkilən zaman sağ olan Niyaz xan bundan xəbər tutub və onun obrazını yaradacaq aktyoru öldürəcəyi ilə hədələyib. Buna görə də filmin Pakistanda aparılmalı olan çəkilişləri təxirə salınıb. Məlik Dadaşovun da Pakistana girişi qadağan edilib.

İlgili resim

Azərbaycan peşəkar teatr sənətinin banilərindən olan Hüseyn Ərəblinskinin ölümü barədə bir neçə versiya var. Bu versiyalardan biri, onun oynadığı qadın obrazlarına görə öldürüldüyü ilə bağlıdır. O dövrlərdə qadınların səhnəyə çıxma ənənəsi olmadığı üçün H.Ərəblinski qadın rollarını ifa edirdi. Ciddi tənqidlərlə üzləşən aktyorun bu səbəbdən qətlə yetirildiyi güman edilib.

Hüseyn Ərəblinski ile ilgili görsel sonucu

Bir reklam çarxında homoseksualı canlandıran türkiyəli aktyor Burçin Bildik sosial şəbəkələr və müxtəlif forumlardan ciddi təhdidlər alıb. Reklam şirkəti 7 milyondan çox insanın zəng edərək həmin aktyoru öldürəcəyini bəyan etdiyini söyləyib. Hətta “Facebook” sosial şəbəkəsində Burçin Bildikə nifrət edən insanların toplaşdığı qrupda istifadəçilər onu öldürməyin yollarını da müzakirəyə çıxarıblar.

İlgili resim

Türkiyəli aktyor və aparıcı Okan Bayulgen rola görə silahlı hücuma məruz qalıb. “İstanbul kanatlarımın altında” filmində Osmanlı dövlətini təhqir edən obrazı canlandırdığı üçün ayağından vurulub.

Okan Bayulgen ile ilgili görsel sonucu

Dəniz Kərimzadə

Minval.İnfo