Müğənni Nura Suri bu dəfə rejissorlara səslənib.

Musavat.com xəbər verir ki, ifaçı qadınların yazıq obrazında təsvir edilməsinə qarşı çıxıb: “Serial və ya film çəkəndə, hətta komediya janrı olsa belə, diqqətli olun. Azərbaycan xanımını həyasız, ağılsız, hiyləgər yox, güclü, fədakar, mərhəmətli və saf göstərin. Millətimizə hörmət qoyun. Azərbaycan kişisini ağıllı, mərd, cəsarətli, mərhəmətli və səxavətli təsvir edin. Milləti alçaltmayın”.

Qeyd edək ki, Suri dəfələrlə  bir çox problemləri dilə gətirib. O son olaraq televiziyaları tənqid etmişdi.