“İnandığım mahnını aparıb dost-qardaşıma verə bilmərəm. Artıq yaza bilmirəm, yazmıram deyil. Görürəm, qəşəng mahnıdı, niyə Aygünə, Faiqə, Natavana, Röyaya verim? Özüm oxuyum da. Məntiqi qısqanclıqdır. Buna kimi deyirdilər, Murad Arif nə mahnı yazır? İndi buyurun, təkcə özümə yazıram”.

Minval.info axşam.az-a isitnadən xəbər verir ki, bu sözləri müğənni-bəstəkar Murad Arif “ATV maqazin onlarla” verilişinə açıqlamasında deyib. Artıq bəstələrini heç bir sənət dostuna verməyən ifaçı onu paxıl adlandıranlara cavab verib:

“Mahnı krizisi yaşayıram, artıq bəstəkarlara müraciət edirəm. Duet şəklində bəstəmi kimləsə oxuya bilərəm, amma soloda məni üzrlü sayın”.

Murad “Eurovision”a getmək sevdasını da açıqlayıb:

“Bu il “Eurovision”a da mahnı göndərdim. Dedim ki, özüm oxuyacağamsa, verirəm, başqası oxuyacaqsa, vermirəm. Yayda həmin mahnını təqdim edəcəyəm”.