Xalq artisti Nisə Qasımovanın qardaşı vəfat edib.

Minval.info xəbər verir ki, 78 yaşlı Ələkbər Qasımov uzun sürən xəstəlikdən sonra iyulun 11-də dünyasını dəyişib. Bu barədə ailənin yaxınları məlumat verib.

Qeyd edək ki, Ə.Qasımov xalq artistinin dünyasını dəyişən üçüncü qardaşıdır.

Sənətçinin hazırda bir bacısı var.

Minval.info